SmartCell eSIM-i iPhone-da quraşdırmaq üçün əvvəlcə tətbiqdən uyğun internet paketini seçmək, ödənişi tamamlamaq və daha sonra eSIM-i cihazda aktivləşdirmək lazımdır. Aşağıdakı addımlar SmartCell tətbiqində görünən ekranlara uyğun şəkildə izah olunub.Addım 1: SmartCell tətbiqində ölkəni seçinSmartCell tətbiqini açdıqdan sonra ana səhifədə Destinasiyalar — Destinations bölməsinə keçin. Burada səyahət edəcəyiniz ölkəni axtarış hissəsinə yazaraq uyğun eSIM paketlərini tapa bilərsiniz. Məsələn, Gürcüstan üçün eSIM almaq istəyirsinizsə, axtarış bölməsində ölkənin adını seçməlisiniz.Addım 2: Uyğun eSIM paketini seçinÖlkə seçildikdən sonra həmin istiqamət üzrə mövcud eSIM paketləri ekranda görünür. Burada paketlərin internet həcmi, istifadə müddəti və qiyməti göstərilir. Sizə uyğun olan paketin qarşısındakı Seç — Select düyməsinə klikləyərək davam edə bilərsiniz.Addım 3: eSIM detallarını yoxlayınSeçilmiş paket üzrə eSIM detalları açılır. Bu hissədə paketin internet həcmi, istifadə müddəti və hansı ölkədə keçərli olduğu göstərilir. Ekranda həmçinin bu paketin mobil internet, hotspot, top-up və 5G dəstəyi kimi xüsusiyyətləri də qeyd olunur.Addım 4: Promo kod varsa, tətbiq edinƏgər promo kodunuz varsa, Promo kodunuz var mı? — Do you have a promo code? bölməsinə kodu daxil edə bilərsiniz. Kod tətbiq olunduqda endirim məbləği avtomatik olaraq qiymətdən çıxılır. Bundan sonra yekun qiymət yenilənmiş formada ekranda görünür.Addım 5: Endirim tətbiq edildikdən sonra satın almağa davam edinPromo kod uğurla tətbiq edildikdə paket qiyməti endirimli şəkildə göstərilir. Bu mərhələdə “Şimdi Satın Al (English: Buy Now)” düyməsinə toxunaraq alış prosesinə davam edə bilərsiniz. Ekranda artıq ödəniləcək son məbləğ görünür.IAddım 6: Ödəniş üsulunu seçinÖdəniş səhifəsində seçdiyiniz eSIM paketinin məlumatları bir daha göstərilir. Daha sonra uyğun ödəniş metodunu seçirsiniz. Kartla ödəniş etmək üçün Stripe və ya Visa/Mastercard seçimini işarələyib “Continue to Payment” düyməsinə toxunmaq lazımdır.Addım 7: eSIM quraşdırma ekranına keçinÖdəniş tamamlandıqdan sonra eSIM detallarında eSIM Kurulumu — eSIM Installation / eSIM Setup bölməsi görünür. Bu hissədə QR kod və eSIM Kur — Install eSIM / Set Up eSIM düyməsi yerləşir. iPhone-da eSIM-i aktivləşdirmək üçün eSIM Kur — Install eSIM / Set Up eSIM düyməsinə toxunun.Addım 8: iPhone-da eSIM aktivləşdirməsini təsdiqləyineSIM Kur — Install eSIM / Set Up eSIM düyməsinə toxunduqdan sonra iPhone sizi eSIM aktivləşdirmə ekranına yönləndirir. Açılan pəncərədə Etkinleştir — Activate düyməsinə klikləyərək eSIM-in cihazınıza əlavə olunmasına icazə verin. Bu mərhələdə iPhone eSIM məlumatlarını operatorla paylaşaraq aktivləşdirməyə başlayır.Addım 9: eSIM aktivləşdirməsinə davam edinNövbəti ekranda eSIM’i Etkinleştir — Activate eSIM yazısı görünür. Bu, yeni eSIM-in aktivləşdirilməyə hazır olduğunu göstərir. Prosesi davam etdirmək üçün Sürdür — Continue / Proceed düyməsinə toxunun.Addım 10: Quraşdırmanı tamamlayınSon mərhələdə Seyahat eSIM’i Ayarlama Tamamlandı — Travel eSIM Setup Completed bildirişi görünür. Bu, SmartCell eSIM-in artıq iPhone-da istifadəyə hazır olduğunu bildirir. Bitti — Done düyməsinə toxunaraq quraşdırmanı tamamlayın.Addım 11: Paketləri qarışdırmamaq üçün eSIM adını qeyd edinƏgər iPhone-da bir neçə eSIM paketi istifadə edirsinizsə, onları qarışdırmamaq üçün hər paketə ayrıca ad vermək vacibdir. Bunun üçün iPhone-da Ayarlar (Settings) bölməsinə daxil olun və Hücresel (Cellular / Mobile Service) seçiminə toxunun. Açılan səhifədə SIM’lər bölməsində quraşdırılmış eSIM paketləri görünəcək. Buradan adını dəyişmək istədiyiniz eSIM Ekle (Add eSIM) paketinin üzərinə klikləyin.Məsələn, Gürcüstan üçün aldığınız SmartCell eSIM paketini seçdikdən sonra açılan səhifədə Hücresel Plan Etiketi — Cellular Plan Label bölməsinə daxil olun. Burada hazır etiketlərdən birini seçə və ya Özel etiketi düzenle — Edit Custom Label hissəsinə klikləyərək öz adınızı yaza bilərsiniz. Paketləri daha rahat ayırmaq üçün eSIM adını ölkə və tarixə uyğun qeyd etmək məsləhətdir. Məsələn: Georgia June 2026, Turkey June 2026 və ya Travel eSIM.Bu addım xüsusilə eyni telefonda bir neçə ölkə üçün eSIM istifadə edənlər üçün faydalıdır. Belə etdikdə hansı paketin hansı ölkəyə aid olduğunu asanlıqla ayırd edə və mobil internet xəttini seçərkən səhv etməzsiniz.Klik ardıcıllığı:Ayarlar → Hücresel → SIM’lər bölməsi → eSIM paketinin üzərinə kliklə → Hücresel Plan Etiketi → Özel etiketi düzenle → Paketin adını yazSettings → Cellular / Mobile Service → SIMs section → Tap on the eSIM package → Cellular Plan Label → Edit Custom Label → Enter the package nameMəsələn, Gürcüstan paketi üçün ad hissəsinə Georgia June 2026 yazıb yadda saxlaya bilərsiniz.Addım 12: Travel eSIM-i aktiv edin və xətti açınPaket adını qeyd etdikdən sonra eSIM-in işləməsi üçün onu aktiv etmək lazımdır. Bunun üçün iPhone-da Ayarlar bölməsinə daxil olun və Hücresel hissəsini açın(Go to Settings and open the Cellular / Mobile Service section). Daha sonra SIM’lər bölməsində